Aİ Nigerə qarşı sanksiyalar hazırlayır
O, bildirib ki. Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin respublikada “demokratiyanı bərpa etmək” səylərini dəstəkləyirik.
“Avropa İttifaqı ECOWAS dövlət başçılarının avqustun 10-da Nigerdəki vəziyyətlə bağlı ikinci fövqəladə sammitində qəbul etdiyi qərarları, xüsusən də ECOWAS-ın eyni vaxtda səfərbər olunmasını nəzərə alaraq mövcud böhranın diplomatik həllini axtarmaq istəyini alqışlayır. Avropa İttifaqı ECOWAS-ın göstərdiyi səyləri tam dəstəkləyir və Nigerin yeni rəhbərliyinə qarşı fərdi sanksiyaların yeni rejimini tətbiq etməklə onların praktikada həyata keçirilməsinə töhfə verməyə hazırlaşır”, - deyə Borrell bildirib.
AzVision.az