Banqladeşdə musson yağışları 57 nəfərin ölümünə səbəb olub
Meteoroloqlar yağışların daha 2 gün davam edəcəyi və çaylarda daşqınların ola biləcəyi barədə xəbərdarlıq edib.
Musson yağışlarının səbəb olduğu daşqınlardan təxminən 1 milyon insanın zərər çəkdiyi bildirilib.
Qeyd olunub ki, daşqınlar nəticəsində çoxlu torpaq sahələri və yüzlərlə ev zərər görüb və dəymiş ziyanın qiymətləndirilməsi bir həftədən çox çəkə bilər.
“Daşqından zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam edir”, - deyə məlumatda qeyd edilib.
AzVision.az