Tehranda “İran-Ermənistan mədəni əlaqələri: keçmişdən bu günədək” adlı tədbir keçiriləcək

Tehranda  “İran-Ermənistan mədəni əlaqələri: keçmişdən bu günədək”  adlı tədbir keçiriləcək
  12 Avqust 2023    Oxunub:1350
İran-Ermənistan münasibətləri getdikcə daha da sıxlaşır.
Mehr News-un yaydığı məlumata görə, avqustun 15-də Tehranda keçiriləcək “Kitab şəhəri” adlı həftəlik tədbir İran və Ermənistan arasında keçmişdən indiyədək davam edən mədəni əlaqələrin öyrənilməsinə həsr olunub.

"Görüşdə Azad İslam Universitetinin Tehranın Şimal filialının erməni dili və ədəbiyyatı kafedrasının müdiri Andranik Simonyan, İranın Ermənistandakı keçmiş mədəniyyət müşaviri Seyid Hüseyn Təbatəbai və Xarəzmi Universitetinin Fars dili və ədəbiyyatı kafedrasının dosenti Əli Əsğər Məhəmmədxani iştirak edəcəklər", - məlumatda qeyd edilib.

AzVision.az



Teqlər: İran   Ermənistan  





Xəbər lenti