Prezidentlər gəmidə nahar etdi

Prezidentlər gəmidə nahar etdi
  05 İyun 2014    Oxunub:891
Bu gün Türkiyə prezidenti Abdulla Gül Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısına qatılan prezidentlərin şərəfinə nahar yeməyi verib.
AzVision.az-ın məlumatına görə, Abdulla Gülün gəmidə verdiyi nahara Azərbaycan prezidenti İlham Əliyev, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və Qırğızıstan prezidenti Almazbek Atambayev qatılıb.

A.Gül prezidentləri Bodrum qalası və kəndləri ilə tanış edib.
Eyni zamanda, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu toplantıya qatılan ölkələrin xarici işlər nazirlərinin şərəfinə nahar verib. Hilton otelində təşkil olunan nahar yeməyinə Azərbaycan, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri, eləcə də həmin ölkələrdən gələn nümayəndə heyətləri qatılıb.


Teqlər:  





Xəbər lenti