Ermənilər İlya Prusikini məhkəməyə verirlər

Ermənilər İlya Prusikini məhkəməyə verirlər
  09 Avqust 2023    Oxunub:1590
Ermənistanın “Müqəddəs Ermənistan” mədəniyyət mərkəzi "Little Big" qrupunun solisti İlya Prusikindən ( Rusiya Federasiyasında xarici agent kimi tanınır-red. ) yerli prokurorluğa şikayət etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə aif.ru məlumat yayıb.

“Bu adam bir neçə ay əvvəl, Milad bayramında keşiş paltarı geyinərək xristian xaçını murdarladı. O, xaçdan skeytbord kimi istifadə etdi və bununla da xristian dəyərlərini ələ saldı, xristianların dini hisslərini təhqir etdi”, - məlumatda yazılıb.

Mərkəzin səlahiyyətliləri avqustun 9-da şikayət ərizəsi yazmağı planlaşdırırlar. Little Big-in İrəvanda gözlənilən konserti isə avqustun 12-nə planlaşdırılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti