Rusiya Ukraynadakı səfirini geri göndərir

Rusiya Ukraynadakı səfirini geri göndərir
  05 İyun 2014    Oxunub:939
Rusiya səfiri iyunun 7-də Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun andiçmə mərasimində iştirak edəcək.
Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov Kiyevə geri dönəcək. Bu barədə Rusiya xarici işlər nazirinin stats-sekretarı Qriqoriy Karasin mətbuata verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, Zurabovun geri qaytarılması barədə qərar Ukraynada yeni prezident seçiləndən sonra verilib.

Qeyd edək ki, Rusiya səfiri iyunun 7-də Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun andiçmə mərasimində iştirak edəcək.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti