Ruhani Ərdoğanla görüşəcək

Ruhani Ərdoğanla görüşəcək
  05 İyun 2014    Oxunub:922
İran-Türkiyə münasibətləri yaxşılaşır.
Suriya məsələsinə görə aralarında fikir ayrılıqları olan Türkiyə ilə İran qarşılıqlı münasibətləri yoluna qoymağa çalışırlar. AzVision.az xəbər verir ki, İran prezidenti Həsən Ruhani iyunun 9-da Türkiyənin paytaxtı Ankaraya səfər edəcək. Bu səfər, Həsən Ruahaninin prezident seçildikdən sonra Türkiyəyə ilk səfəridir.

Ruhani Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla görüşəcək. Tərəflər Yaxın Şərq problem və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Səfər zamanı iki ölkə arasında ticarət dövriyyəsinin 2015-ci ildə 30 milyard dollara çatdırılması ilə əlaqədar razılaşma imzalanması gözlənilir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti