AST Telmanın 4 milyard borcu var

AST Telmanın 4 milyard borcu var
  05 İyun 2014    Oxunub:1458
Rusiyada yaşayan azərbaycanlı milyarder Telman İsmayılov "Bank Moskva"ya olan borcunu ödəmək üçün Moskvanın Krasnaya Presnya və İzmaylovo səmtlərindəki binaları ilə vidalaşa bilər.
Milli.Az Vedomosti-yə istinadən bildirir ki, Telman İsmayılov yaratdığı AST şirkətlər qrupunu oğulları Ələkbər və Sərxana verib. Hazırda isə "Bank Moskva" və AST şirkətlər qrupuna daxil olan KBF AST şirkəti 4 milyard rubl məbləğindəki borc probleminin tənzimlənməsi ilə bağlı danışıqlar aparırlar.

"Bank Moskva" bir neçə il öncə AST-yə kredit vermiş, Telman İsmayılovun şirkəti isə alınmış 4 milyard rublluq kreditlə bağlı ödənişləri vaxtında reallaşdırmamışdı. Həmin krediti almaq üçün Telman İsmayılov Moskvanın Arbat küçəsindəki məşhur "Praqa" restoranını, Krasnaya Presnyada "Tropikano" biznes mərkəzini və Şərqi İzmaylovodakı binalar kompleksini girov qoymuşdu.

"Bank Moskva" kredit problemini həll etmək üçün AST-dən Krasnaya Presnya və İzmaylovodakı binaları alacaq. Bu binaların dəyəri krediti ödəmək üçün yetərli olmasa, "AST Telman" kimi tanınan Telman İsmayılov "Praqa" restoranını da itirəcək.


Teqlər:





Xəbər lenti