Almaniya son 10 ildə ilk dəfə İslandiyada hərbi təlimlərə təyyarələr göndərir
“Biz Almaniya Hərbi Hava Qüvvələrinin bir neçə gün ərzində ehtiyac duyulan yerdə ola biləcəyini göstərmək üçün orada iştirak edirik”, - Bundesverin nümayəndəsi Marko Brunhofer bildirib.
Almaniya Silahlı Qüvvələrinin saytında yerləşdirilən bilgidə deyilir ki, təlimlər üçün lazım olan bütün avadanlıq, o cümlədən silah və şəxsi heyət bir həftə içində İslandiyanın paytaxtı Reykyavikə göndərilib.
DPA vurğulayıb ki, texnikaların sürətlə köçürülməsi təlimlərin məqsədlərindən biridir.
Agentlik əlavə edib ki, bu, Rusiya-Ukrayna müharibəsi fonunda, eləcə də NATO müttəfiqləri ilə həmrəylik göstərmək üçün gərəklidir.
Xatırladaq ki, daha öncə Almaniya hərbi təyyarələri 2010 və 2012-ci illərdə İslandiyada keçirilən təlimlərdə iştirak edib.
AzVision.az
Teqlər: