KİV: "Suriyada ABŞ bazası raket atəşinə tutulub"
Məlumata görə, raket zərbələrinə məruz qalan hərbi obyekt tərəfdən səmaya qalın tüstü dumanı qalxır. Mümkün itkilər və maddi ziyan barədə məlumat verilməyib.
Əş-Şəddadi Əl-Cebsa neft yatağının yanında yerləşir. Hazırda pilotsuz uçuş aparatları bölgədə havadan izləmə aparır. ABŞ-ın Bağdaddakı hərbi komandanlığının nümayəndəsi hələ ki bazaya hücumu təsdiqləməyib.
AzVision.az
Teqlər: