Fransa Nigerdən 1000-dən çox insanı təxliyə edib
"Çərşənbə axşamı və avqustun 2-də ümumilikdə 1079 nəfər, o cümlədən 577 Fransa vətəndaşı təxliyə edilib. Təxliyyə Fransa hərbi təyyarələrinin köməyi ilə həyata keçirilib", - kommünikedə deyilir.
Açıqlamada qeyd olunur ki, təxliyyə qərarı Fransa səfirliyinə edilən hücumlardan və Nigerin hava məkanının bağlanmasından sonra verilib. Təhlükəsizliyi təmin etmək üçün Fransa silahlı qüvvələrinin vasitələri də Nigerə “cəlb edilib”. Nigerdə ümumilikdə 1200 respublika vətəndaşı qeydiyyata alınıb, lakin Xarici İşlər Nazirliyinin məlumatına görə, yalnız 600 nəfər könüllü təxliyə edilib.
Ümumilikdə Fransa 50 ölkədən vətəndaşların təxliyəsinə şərait yaradıb. Yuxarıdakı siyahıya Aİ ölkələri, həmçinin Avstraliya, Baham adaları, Benin, Braziliya, Botsvana, Böyük Britaniya, Vyetnam, Qabon, Qana, Qvineya, Gürcüstan, Hindistan, Cape Verde, Kamerun, Kanada, Kolumbiya, Konqo, Kot-d'İvuar, Livan, Mavritaniya, Madaqaskar, Mali, Mərakeş, Nigeriya, Hollandiya, Polşa, Portuqaliya, Koreya Respublikası, Seneqal, ABŞ, Çad, Toqo, Tunis, Türkiyə, İsveçrə, Efiopiya və Yaponiya daxildir.
AzVision.az
Teqlər: