İran Belarus və Rusiyada PUA zavodları tikməyə hazırlaşır
“Belarusda Tehranın PUA-lar istehsal edən fabrik tikməsi Moskvanın İrandan Rusiyaya pilotsuz təyyarələrin ötürülməsi ilə bağlı üzləşdiyi “logistik problemləri” azaldacaq. Yüksək inflyasiyadan əziyyət çəkən böhranlı İran iqtisadiyyatı da pul qazanmaqdan faydalanacaq. Rusiya bu yolla həm də İranın hərbi qüvvələrindən yararlana bilər. Qərb mediasının 2022-ci ilin sonunda açıqladığı fərziyyələrinə görə, çox güman ki, İran isə Rusiyaya PUA-ların verilməsi müqabilində Moskvadan xeyli sayda Su-35 qırıcı təyyarəsi alacaq”, - təhlildə deyilir.
Məlumatda, həmçinin bu ilin martında Qərb mediasının İrandan PUA-lar almaq qarşılığında Moskvanın İrana rəqəmsal rabitə və kiber silahların monitorinqi və nəzarəti üçün qabaqcıl proqram təminatı verdiyini bildirdikləri də vurğulanır. Bundn başqa, İsrailin yüksək rütbəli hərbi rəsmisinin iyun ayında Rusiyanın Ukraynada əldə etdiyi Qərb silahlarını İrana verəcəyindən narahatlığını ifadə etdiyi xatırladılır.
AzVision.az