Londonda teploxod Tauer körpüsünə çırpılıb

Londonda teploxod Tauer körpüsünə çırpılıb
  05 İyun 2014    Oxunub:1112
Göyərtəsində 190 nəfərin olduğu “Millenium Diamond” adlı ekskursiya teploxodu Britaniyanın paytaxtı Londondakı Tauer körpüsünə çırpılıb.

Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Toqquşma nəticəsində 9 nəfər xəsartə alıb. Onlardan beşinin vəziyyəti ağır olduğundan dərhal xəstəxanaya yerləşdirilib. Qəzadan sonra teploxod hərəkətini davam etdirə bilib. O, sahilə yan aldıqdan sonra xəsarət alanlara yardım göstərilib. Hazırda toqquşmanın səbəbləri araşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti