"Putinlə Ərdoğan görüşün yeri və tarixini yaxın vaxtlarda müəyyən edəcəklər" - Peskov
Peskov əlavə edib ki, Ukraynada nizamlanma və taxıl sazişinin uzadılması mövzuları Rusiya Federasiyası və Türkiyə prezidentlərinin planlaşdırılan görüşünün gündəliyinə daxil olacaq. "Gündəm çoxşaxəli olan ikitərəfli münasibətlərimizdir. Bu, təbii ki, Ukraynadır, bu gün Putinin türkiyəli həmkarına hərtərəfli izahat verdiyi taxıl müqaviləsi məsələsi və təbii ki, bütün dünya məsələləri üzrə fikir mübadiləsidir", - Peskov bildirib.
AzVision.az
Teqlər: