Papa Avropanı Ukraynada sülh üçün yol tapmağa çağırıb
"Avropaya dərin məhəbbətlə və bu qitəni fərqləndirən dialoq ruhunda ondan soruşa bilərik: “Dünyaya sülhün, Ukrayna münaqişəsinə və bu qədər qan tökülməsinə səbəb olan bir çox başqa münaqişələrə son qoymağın yaradıcı yollarını göstərmədən hara gedirsiniz?– pontifik Portuqaliyaya səfəri zamanı bildirib.
Papa əlavə edib ki, Qərb dövlətləri bəşəriyyətin əsl kapitalının - təhsil, səhiyyə və ümumi rifahın tükənməsinə səbəb olmaqla yoldan çıxıblar. Papa vurğulayıb ki, o, Qərbin ürəyi olan, "öz böyük istedadlarını münaqişələrin həllinə yönəldən və ümid çıraqlarını yandıran" Avropanı arzulayır.
AzVision.az
Teqlər: