Kran aşdı, 17 nəfər öldü
Qeyd edilir ki, faciəvi hadisə çərşənbə axşamı gecə Mumbaydan 80 km aralıda yerləşən Txane rayonunda avtomobil yolunun tikintisi zamanı baş verib. Üç nəfər yaralanıb, dağıntılar altında daha beş nəfərin qaldığı yazılıb. Nəşrin məlumatına görə, faciə zamanı zərərçəkənlərin hamısı tikintidə çalışanlar olub. Hindistanın baş naziri Narendra Modi ölən və yaralananların ailələrinə başsağlığı verib, hökumət onlara birdəfəlik maddi yardım göstərəcəyini bəyan edib.
Kranın hansı səbəbdən aşması hələlik müəyyən edilməyib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Hindistan