Paşinyan ianə gecəsi keçirdi
Qəzet yazır ki, Baş nazirin xanımı Anna Akopyana məxsus “Mənim addımım” fonduna il ərzində bir neçə erməni biznesmen və oliqarx tərəfindən müxtəlif məbləğlərdə ianələr göndərilib. Hakim partiya rəsmiləri ianələrin, əsasən, 44 günlük müharibədə iştirak edən hərbçilərin valideynlərinin problemlərinin həlli istiqamətində xərclənəcəyini bildirsə də, hələlik bu barədə rəsmi bir məlumat yoxdur.
Nəşrin məlumatına görə, ianə gecəsində hakim partiyanın bir sıra funksionerləri və erməni siyasi elitasının əsas üzvləri iştirak edib.
AzVision.az
Teqlər: