Fransada məhkumların sayı rekord həddə çatıb
Qeyd edilib ki, rəqəmlər 2022-ci ilin sonundan başlayaraq hər ay həbsxana rekordunu təzələyib.
Məhkumların sayı ilk dəfə ötən ilin aprelində 73 mini keçib.
Bütün penitensiar sistem üzrə doluluq 122,8 faiz təşkil edir. Məhkumların və qısamüddətli saxlanılanların olduğu müəssisələrdə isə bu rəqəm 146,3 faizə yüksəlib. Nəticədə 2478 məhbusun yatması üçün yetəri qədər çarpayı yoxdur və döşəmədə döşəklər sərilir.
Ölkə həbsxanaları o qədər doludur ki, 2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsi sistemi “strukturu” həddən artıq sıxlığa görə pisləyib və 32 məhbusu “fundamental hüquqların ciddi şəkildə pozulmasına” görə 25.000 avroya qədər təzminat ödəməyə məcbur edib.
Fransa parlamenti həbsxanada tənzimləmə mexanizminə “təcili ehtiyac” olduğunu vurğulayan hesabat yayıb.
AzVision.az
Teqlər: