İranda gündə 60 nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olur
“2022-ci ildə bu qəzalarda ən azı 19 min 490 nəfər ölüb, 378 min adam yaralanıb ki, bu da bir il ərzində İranda ümumilikdə 400 min insanın yol qəzalarının qurbanı olduğunu göstərir. Yol qəzalarında ölənlərin 49%-i tibb məntəqələrinə və ya xəstəxanalara aparılarkən dünyasını dəyişir. Ölkənin mövcud qanunlarına əsasən, qəzaların qarşısının alınmasında, yol-nəqliyyat hadisələri və onların zərərinin aradan qaldırılmasında 32 qurum rol oynamalı, bununla bağlı maliyyə imkanlarına və səlahiyyətə malik olan dövlət, bu sahədə fəaliyyət göstərməlidir”, - Kamal Hadiyanfər deyib.
Polis məmurunun sözlərinə görə, son bir neçə ildə yol-nəqliyyat hadisələrinin sayının azalmasına baxmayaraq, müxtəlif dövlət qurumlarının yol-nəqliyyat hadisələri qurbanlarının azaldılması ilə bağlı qanuni vəzifə və öhdəliklərini yerinə yetirməməmsi fonunda keçən ildən bəri yol qəzalarında ölənlərin sayınin 10-15 il əvvəllki qədər artdığını və bunun da çox əlverişsiz geriləmə olduğunu vurğulayıb. Yol polisinin 7-ci inkişaf planı üçün təklifi beş il ərzində qəzalarda ölənlərin sayını 50% azaltmağı hədəfləyirdisə, Rəisi hökuməti bu müstəvidə hər il üçün yalnız 5%, yəni beş il ərzində 25%-lik indeks müəyyənləşdirib.
AzVision.az