Beynəlxalq ekspertlər “ASAN xidmət”də

Beynəlxalq ekspertlər    “ASAN xidmət”də
  25 İyul 2023    Oxunub:1089
“Azərbaycanda elektron hökumətin inkişafı” mövzusunda keçirilən tədbirin iştirakçısı olan beynəlxalq ekspertlərdən ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri, elektron hökumət quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb. Görüşdə “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunması ilə yanaşı, Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə Yaponiyanın müvafiq qurumları ilə əməkdaşlığa dair geniş müzakirə aparılıb.

Qonaqlar “Bilim Bakı” mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin və “ABAD”ın fəaliyyəti ilə yaxından tanış olublar.

AzVision.az

Qalereya




Teqlər: ASAN  





Xəbər lenti