Toivo Klaarın səlahiyyət müddəti bir il də uzadıldı

 Toivo Klaarın səlahiyyət müddəti bir il də uzadıldı
  20 İyul 2023    Oxunub:949
Aİ Şurası Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın səlahiyyətlərini bir il müddətinə uzadıb. Bu barədə Şuranın mətbuat xidmətindən məlumat verilib.
Qərara əsasən, Klaarın mandatı daha bir il - 2024-cü il avqustun 31-nə qədər uzadılıb.

Qeyd edək ki, o, bu vəzifəyə 2017-ci il noyabrın 13-də təyin edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: ToivoKlaar  





Xəbər lenti