Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlmədi

   Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlmədi
  26 İyun 2023    Oxunub:942
Avropa İttifaqının xarici işlər nazirləri Kiyevə Avropa Sülh Fondundan 500 milyon avro məbləğində hərbi yardımın səkkizinci tranşının ayrılması ilə bağlı razılığa gələ bilməyiblər.
Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel deyib. “Yardımın səkkizinci tranşı hələ razılaşdırılmayıb, lakin mən onun təsdiqinə nail olmaq üçün bütün iştirakçılarla işləyəcəyəm. Müzakirəmizin yeganə nəticəsi aydındır: Ukraynanı həmişəkindən daha çox dəstəkləməyə davam edin”- deyə, o bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti