Borel: “Rusiyada baş verənlər ölkənin gücünü məhv edir”

      Borel:    “Rusiyada baş verənlər ölkənin gücünü məhv edir”
  26 İyun 2023    Oxunub:933
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel bildirib ki, Aİ-nin Xarici Əlaqələr Şurası Avropanın Ukraynaya hərbi yardımının genişləndirilməsini təsdiq edib.
“Şura bizim Ukraynaya hərbi yardımımızın artırılmasını – əlavə 3,5 milyard avronu təsdiq edib”, - o deyib. Bundan əlavə, Borel qeyd edib ki, Kiyevə yardımı “bu gün genişləndirmək həmişəkindən daha vacibdir”.

Onun fikrincə, bu həftə sonu Rusiyada baş verənlər ölkənin gücünü məhv edir və onun siyasi sisteminə təsir göstərir.


AzVision.az


Teqlər:





Xəbər lenti