İsrail Ərəb-İran münasibətlərinin yaxşılaşmasından narahatdır
Qəzetin yazdığına görə, İsrail Xarici İşlər nazirliyinin siyasi direktoru Eliza Bennon Bəhreynin paytaxtı Manamaya səfəri zamanı Bəhreyn-İran əlaqələrin bərpasından “narahatlığını” ifadə edib.
“Diplomat Bəhreynli ev sahiblərindən niyə onların İsraillə siyasi əlaqələri iki ölkə arasında “İbrahim Sülh Müqaviləsi” əsasında qurulan münasibətlərin ilk ilindən xeyli az olduğunu soruşub. Bəhreyn rəsmiləri xanım Bennonu Manamanın İranla münasibətlərinin İsraillə münasibətlərə mənfi təsir etməyəcəyinə inandırıblar. Onlar, həmçinin, İsraillə diplomatik əlaqələri artıracaqlarına söz veriblər”, - məlumatda deyilir.
ABŞ Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Leaf keçən həftə İsrailə səfərindən əvvəl Nümayəndələr palatasındakı çıxışında Bəhreynin yaxın gələcəkdə İranla diplomatik əlaqələri bərpa edəcəyi ehtimalının olduğunu bildirib.
Səkkiz il əvvəl Tehranda və Məşhəddə səfirliyi və konsulluğu İran hökumətinə yaxın agentlər tərəfindən hədəfə alınan Səudiyyə Ərəbistanına dəstək məqsədilə Bəhreyn İran hökuməti ilə əlaqələri kəsmişdi. Bununla belə, İran İslam şurası nümayəndə heyətinin Bəhreynə bu yaxınlarda səfəri zamanı Səudiyyə krallığının İranla münasibətlərinin yaxşılaşmasından sonra Tehran-Manama əlaqələrinin bərpasının mümkünlüyü ilə bağlı söhbətlər gündəmə gətirilib.
İsrailin ərəb ölkələrinin İranla münasibətlərin yenilənməsindən “narahatlığı” İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın son bir neçə gündə Fars körfəzinin cənubundakı bəzi ölkələrə səfəri və BƏƏ-nin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşü ilə eyni vaxta vaxta təsadüf edir.
AzVision.az