Hindistanda iki avtobusun toqquşması nəticəsində 12 nəfər ölüb

Hindistanda iki avtobusun toqquşması nəticəsində 12 nəfər ölüb
  26 İyun 2023    Oxunub:966
Hindistanın Odişa ştatında iki avtobusun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 7 nəfər yaralanıb.
Bu barədə NDTV kanalı məlumat yayıb. Hadisə Taptapani və Berhampur yaşayış məntəqələri arasındakı avtomobil yolunda baş verib. Qohumları toydan gətirən avtobus digər avtobusla toqquşub.

Qeyd olunub ki, ölən 12 nəfər arasında bir ailənin yeddi üzvü və onların qohumları var. Yaralılar xəstəxanaya yerləşdirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti