Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi Amerika Araşdırmaları İnstitutunun hesabat məruzəsinə istinadla məlumat yayıb. Qeyd olunur ki, onsuz da vəziyyətin sabit olmadığı Koreya yarımadasında və Şimal-Şərqi Asiyada ABŞ-ın aqressiv fəaliyyəti hərbi gərginliyi artırıb, qeyd olunan ərazilər nüvə müharibəsinin astanasındadır.
Hesabatda vurğulanıb ki, ABŞ daimi hərbi təhdiddən əl çəkməsə, Pxenyan suverenliyini və təhlükəsizliyini qorumaq üçün müdafiə qabiliyyətini gücləndirməyə, özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək.
AzVision.az