Blinken Baydenin tərəfini tutdu: " O, hamımızın sözünü deyir"

  Blinken Baydenin tərəfini tutdu:  " O, hamımızın sözünü deyir"
  25 İyun 2023    Oxunub:1152
ABŞ dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində Çin prezidenti Si Cinpini “diktator” kimi xarakterizə edən Co Baydenin sözlərini təkzib etməyib. O, əlavə edib ki, dövlət başçısının bəyanatları bütün Amerika rəhbərliyinin mövqeyini əks etdirir.
“Prezident aydın və açıq danışır. Mən 20 ildən artıqdır ki, onun yanında işləmişəm və o, hamımızın sözünü deyir", - Blinken bildirib.

Dövlət katibi əlavə edib: "Çinə gəldikdə ABŞ-ın onların xoşuna gəlməyən şeyləri deyəcəyi və edəcəyi tamamilə aydındır. Qarşı tərəf də Amerikanın xoşuna gəlməyən fikirləri səsləndirəcək və həyata keçirəcək".

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Blinken  





Xəbər lenti