KİV: Priqojin Belarusda öldürülə bilər

      KİV:    Priqojin Belarusda öldürülə bilər
  25 İyun 2023    Oxunub:1599
Kreml rejiminə qarşı iğtişaşlar törədən “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin dünənki hadisələrdən sonra qaçdığı Belarusda öldürülə bilər.
Bu barədə “CNN” məlumat yayıb. “CNN”in Moskva bürosunun keçmiş rəhbəri Cill Doqerti, Belarusa qaçmasına baxmayaraq, “Vaqnerçi”lərin rəhbərinin məhv edilə biləcəyini vurğulayıb. Onun fikrincə, Rusiya rəhbəri Vladimir Putin satqınları bağışlamır.

Kadırov: "Priqojin ambisiyaları üçün Rusiyaya olan sevgisinə tüpürdü"
“Tamamilə mümkündür ki, biz Priqojinin Belarusda necə öldürüldüyünü görəcəyik. Amma bu, Moskva üçün çətin dilemmadır, çünki Priqojinin müəyyən dəstəyi var, o, harada olmasından asılı olmayaraq təhlükədir”.

“BBC” isə bildirib ki, “Vaqner” Xüsusi Hərbi Şirkətin rəhbəri Yevgeni Priqojin hələ ki heç kimlə əlaqə saxlamır. Məlumata görə, Y.Priqojini sonuncu dəfə iyunun 24-də Rostov-Donda avtomobildə gedərkən görüblər. Hazırda onun harada olduğu bilinmir.


AzVision.az


Teqlər:  





Xəbər lenti