İranda saxta içkidən 25 nəfər zəhərlənib

   İranda saxta içkidən 25 nəfər zəhərlənib
  25 İyun 2023    Oxunub:1098
İranın cənubunda yerləşən Hörmüzqan əyalətində saxta spirtli içkidən 25 nəfər zəhərlənib.
Bu barədə əyalətin Tibb Elmləri Universitetinin təcili yardım şöbəsinin müdiri Mahmud Hüseynpur məlumat verib. Onun sözlərinə görə, 20 hadisə Xaciabad rayonunda (əyalətin şimalında), daha beş hadisə Bəndər Abbasda (Xormazqanın cənubu) qeydə alınıb.

O, həmçinin qeyd edib ki, zəhərlənənlərin yaşları 16 ilə 65 arasında dəyişir. Ən azı 11 nəfər hələ də xəstəxanadadır, onlardan dördünün vəziyyəti ağırdır.

Qeyd edək ki, İranın şimalında yerləşən Əlborz əyalətində alkoqoldan kütləvi zəhərlənmələr qeydə alınıb. Son məlumatlara görə, orada metanoldan zəhərlənmə nəticəsində azı 15 nəfər ölüb. İranda 1979-cu il İslam İnqilabından sonra spirtli içkilərin istehsalı, satışı və istehlakı qadağan edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti