İsrail XİN Ukraynanın iddialarına cavab verdi

   İsrail XİN Ukraynanın iddialarına cavab verdi
  25 İyun 2023    Oxunub:1072
İsrail Ukraynadakı münaqişə ilə bağlı “tarixin doğru tərəfindədir” və Kiyevə humanitar yardım göstərməklə dəstək verir.
Bunu İsrailin xarici işlər naziri Eli Koen yəhudi dövlətinin Rusiya ilə sıx əməkdaşlıq yoluna qədəm qoyduğunu iddia edən Ukraynanın İsraildəki səfirliyinin bəyanatına cavab olaraq bildirib.

"Mən bu söhbəti uzatmaq fikrində deyiləm. Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Biz BMT-də Kiyevə dəstək üçün səs verdik, İsrail əsgərləri Ukrayna əsgərləri ilə görüşüb, humanitar yardım göstəririk. İsrail tarixin doğru tərəfindədir”, - Koen bildirib.

Qeyd edək ki, bu gün səhər Ukraynanın İsraildəki səfirliyi bəyanat yayaraq, yəhudi dövlətinin hakimiyyətinin Rusiya ilə sıx əməkdaşlıq yoluna qədəm qoyduğunu və faktiki olaraq rusiyayönlü mövqe tutduğunu iddia edib. Kiyevin fikrincə, Ukraynadakı hərbi əməliyyatlar fonunda öz neytrallığı ilə bağlı "demaqogiya arxasında" gizlənən İsrail rəhbərliyi Rusiya Federasiyası ilə fəal münasibətlər qurur.

AzVision.az


Teqlər:





Xəbər lenti