Rusiya kütləvi raket hücumuna hazırlaşır

Rusiya kütləvi raket hücumuna hazırlaşır
  25 İyun 2023    Oxunub:1187
Rusiya qoşunları Ukraynanın cənubunda pilotsuz uçuş aparatları (PUA) ilə kəşfiyyat uçuşları aparır.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Nataliya Qumenyuk deyib.

O bildirib ki, bu, yeni kütləvi raket hücumlarına hazırlıq üçündür: “Görünür, düşmən növbəti hücumlar üçün məlumatlar toplayır”.

N.Qumenyukun sözlərinə görə, qarşı tərəf cəbhədə uğur qazana bilməyəndə kütləvi raket hücumları həyata keçirir: “Onlar bunu “qələbə” kimi təqdim edirlər”.

AzVision.az



Teqlər: Rusiya   Raket  





Xəbər lenti