Kadırov: "Priqojin ambisiyaları üçün Rusiyaya olan sevgisinə tüpürdü"

      Kadırov:    "Priqojin ambisiyaları üçün Rusiyaya olan sevgisinə tüpürdü"
  25 İyun 2023    Oxunub:1279
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiyada yaşanan son hadisələri şərh edib.
O, özünün Telegram kanalında paylaşım edərək deyib ki, "Vagner" Xüsusi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin şəxsi ambisiyaları naminə Rusiyaya olan sevgisinə tüpürdü.

“Düşünürdüm ki, bəzi insanların Vətənini ürəkdən sevdiyinə inanmaq olar”, – Kadırov yazıb.

O qeyd edib ki, Priqojini biznes ambisiyalarından əl çəkməyə və məlum maraqlarını dövlət əhəmiyyətli məsələlərə qarışdırmamağa çağırıb.

Kadırov həmçinin hər kəsə səslənərək yazıb ki, "Rusiyanın gələcəyini düşünərək şüurlu qərarlar verməlisiniz".

Rostovlular "Vaqner"i alqışlarla yola salır - VİDEO
"Mən bütün "Vagner" döyüşçülərini bundan sonra qərarlarında ayıq olmağa çağırıram. Ölkənin gələcəyini, ailənizi, övladlarınızı düşünün. Bu cür hərəkətlər fəlakətli nəticələrə səbəb ola bilər. İndi hər şey sülh yolu ilə, qan tökülmədən başa çatdı, amma fəlakət ola bilərdi",- Kadırov deyib.

Xatırladaq ki, dünən Yevgeni Priqojin Rusiya qoşunlarının “Vagner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini və döyüşçüləri ilə yanaşı mülki şəxslərin də öldüyünü açıqladı. Bundan sonra o "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir" deyərək müdafiə nazirinə üsyan etdi. O, Rostov küçələrində hərbçilərini yerləşdirdi, üzü Moskvaya yola çıxdıqlarını açıqladı.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açdı. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirdi ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırdı. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edərək silahı yerə qoymağa çağırdı.

Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciət edərək mövcud hadisələri xəyanət kimi qiymətləndirdi.

Nəticədə əvvəlcə Yevgeni Priqojin silahı yerə qoyub təslim olmaqdan imtina etsə də günün sonunda geri çəkildi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Vaqner   Rusiya   Kadırov  





Xəbər lenti