"Gürcüstan Qərbin vədlərindən "doyub", bizə qayıtmaq istəyir" - Lukaşenko
"Siz onların siyasətində müəyyən dəyişiklik görürsünüz. Çünki heç kim sizi öz bazarlarına süd, ət və ya şərabla buraxmaz. Bazarlar çoxdan bölünüb və onlar üçün sərt mübarizə gedir".
Belarus lideri qeyd edib ki, Qərbdə nəsə təklif olunarsa, bu, yalnız resurs və ya Qərb üçün faydalı olan siyasi kursun aparılması müqabilində olacaq.
"Tələsməyə, bir-birimiz üçün vəziyyəti daha da pisləşdirməyə və birtəhər bir-birimizdən uzaqlaşmağa çalışmaq lazım deyil. Xüsusilə də bu çətin zamanda bir yerdə olmalıyıq", - Lukaşenko əlavə edib.
Onun sözlərinə görə, əsas üstünlük vahid bazarın mövcudluğudur və ondan sıçrayışa tələsməyə ehtiyac yoxdur. Belarus prezidenti onu da qeyd edib ki, Qərb KTMT-ni onun beynəlxalq aləmdə hökmranlığına təhlükə kimi görür.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Gürcüstan