Rusiya atəşə tutulub: Biri uşaq olmaqla 7 nəfər yaralanıb
"İlkin məlumata görə, 7 nəfər xəsarət alıb. Bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov Telegram kanalda məlumat verib. Onun sözlərinə görə, onlardan biri uşaqdır. Uşağın körpücük sümüyü sınıb. Həmçinin digər yaralananlardan bir kişinin qapalı kəllə-beyin travması var. Üç qadın da xəsarət alıb ki, onlardan ikisi qəlpə yaraları alıb", - Sputnik yazıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Rusiya