“Ayıb olsun, yalançılar! "

 “Ayıb olsun, yalançılar! "
  18 İyun 2023    Oxunub:1017
Tanınmamış Kosovonun ərazisində fəaliyyət göstərən Aİ-nin Qanunun Aliliyi Missiyasının (EULEX) fəaliyyəti biabırçılıqdır, öhdəliklərini yerinə yetirmir və yalanlar yayır.
AzVision.az xəbər verir ki, bunu bazar günü Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciətində deyib.

Vuçiç missiyadan sitat gətirib: “Biz sizə zəmanət veririk ki, vəziyyətə nəzarət edirik”.

“Ayıb olsun, yalançılar! Siz heç nəyə əməl etmirsiniz, siz yalançılarsınız! Yeganə məqsədiniz serblərin bölgədən qovulmasıdır”, - Serbiya prezidenti deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti