Hindistanda kəskin istilər: 100-ə yaxın şəxs öldü

   Hindistanda kəskin istilər:    100-ə yaxın şəxs öldü
  18 İyun 2023    Oxunub:922
Hindistanın Uttar-Pradeş və Bihar ştatlarında son üç gündə kəskin istilər nəticəsində azı 98 nəfər ölüb.
Bu barədə “India Today” telekanalı məlumat yayıb. Uttar-Pradeş ştatının Balliya rayonunda iyunun 15-17-də 400 nəfər sağlamlıq şikayəti ilə xəstəxanaya yerləşdirilib, onlardan 54-ü sonradan dünyasını dəyişib.

Oxşar vəziyyət ötən gün qonşu Bihar ştatında da müşahidə olunub. Orada 44 nəfər ölüb. Ştatda istilər səbəbindən məktəblər iyunun 24-dək bağlanıb.


AzVision.az


Teqlər:





Xəbər lenti