Putin: "Belarusa nüvə silahlarının yerləşdirilməsi ilin sonunadək başa çatacaq"
O bildirib ki, nüvə silahından istifadə nəzəri cəhətdən mümkündür. Rusiya üçün bu imkan ölkənin ərazi bütövlüyünə və müstəqilliyinə təhlükə olan təqdirdə yaranır. “İndi bizim buna ehtiyacımız yoxdur”, - deyə V.Putin vurğulayıb.
Putin qeyd edib ki, Rusiyanın taktiki nüvə silahı NATO-dan daha çoxdur. Onun sözlərinə görə, NATO Rusiyanı bu silahların azaldılmasına dair danışıqlara cəlb edir. Lakin Rusiya danışıqlara getmir: “Çünki bu, bizim rəqabət üstünlüyümüzdür”.
V.Putin əlavə edib ki, Rusiya taktiki nüvə silahının bir hissəsini Belarus ərazisinə köçürüb. “İlk nüvə silahları Belarus ərazisinə gətirilib. Ancaq birinci hissə. İlin sonunadək bu iş başa çatdırılacaq”, - deyə Rusiya Prezidenti bildirib.
AzVision.az
Teqlər: Nüvə