Baş katib: "NATO-Ukrayna Şurasının yaradılması üzərində işləyirik"
O qeyd edib ki, təşkilatda Ukrayna NATO müttəfiqləri ilə bərabərhüquqlu olacaq və ümumi maraq doğuran məsələlərdə məsləhətləşmələr aparılacaq.
"Bizim məqsədimiz iyul ayında NATO sammiti çərçivəsində Zelenskinin iştirakı ilə bu Şuranın ilk toplantısını keçirməkdir. Biz hamımız bir məsələdə razıyıq: ötən on il ərzində Ukrayna NATO-ya daha da yaxınlaşıb. Biz razılaşırıq ki, NATO-nun qapısı açıqdır və Ukrayna alyansın üzvü olacaq. Bununla bağlı qərarı Ukrayna və NATO müttəfiqləri verəcək, Rusiyanın burada veto hüququ yoxdur.
Biz bu müharibənin nə zaman bitəcəyini bilmirik, lakin elə bir mexanizm yaratmalıyıq ki, Ukraynanın gələcək təhlükəsizliyini təmin edə bilək və əmin olaq ki, tarix bir daha təkrarlanmayacaq”, - Baş katib vurğulayıb.
AzVision.az
Teqlər: