İsrail: "Qərb silahlarının Ukraynadan İrana ötürülməsindən narahatıq"
- Moskva ilə İran arasında hərbi əlaqələrin güclənməsi səbəbindən müharibədə iştirak edən rus qruplarının Ukrayna ordusunda istifadə olunan Amerika və Qərb silahlarının bir hissəsini İrana təhvil verməsi çətin, yaxud da gözlənilməz bir hal deyil. Bu silahlar Qara dəniz vasitəsilə Yaxın Şərqin “problemli nöqtələri”nə, oradan da Aralıq dənizinə ötürüləcək. İsrailin düşməni olan İran, “Hizbullah” və “Həmas” kimi digər amillər bu avadanlıqları və tərs mühəndisliyi tədqiq etməklə öz bacarıqlarını, habelə hərbi məhsullarını təkmilləşdirə və simulyasiya edə bilərlər”, - israilli hərbi komandir deyib.
Onun sözlərinə görə, Qərb silahlarının yanlış şəxslərin əlinə keçməsi Avropa və Şimali Afrikaya da çata bilər ki, belə bir ehtimal da İsrail üçün “çox narahatedici və həqiqətən çətindir” .
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlamasından keçən on altı ay ərzində İsrail Ukrayna prezidentinin ölkəsinin bəzi hərbi texnika, xüsusilə də “Dəmir günbəz” raketdən müdafiə sistemi ilə təchiz olunması barədə ardıcıl müraciətlərini rədd edib. İsrailin baş naziri Benyamin Netanyahu isə Knesset (İsrail parlamenti) üzvlərinə “İrandan qurtulmayana qədər” İsrailin Ukraynaya silah verməyəcəyini bildirib.
AzVision.az