İranda ət bahalaşıb
Qarşıdan Qurban bayramı gəlir. Ətin qiymətinin yenidən artacağı da istisna olunmur. Məlumata görə, İranda kərə yağı da 30 faiz bahalaşıb. Son aylarda qiymətlərin artması fəhlələrin, pensiyaçıların, müəllimlərin və büdcədən maliyyələşən başqa peşə sahiblərinin etirazlarına səbəb olub.
Ən son misalda, Əhvazın bir sıra ictimai və dövlət təqaüdçüləri iyunun 14-də Xuzistan valiliyinin qarşısına toplaşaraq “İnflyasiya – insanların həyatının lənəti!”, “Biz ədalətdən başqa heç nə istəmirik!!”, "Biz hakimiyyətin sədəqəsini istəmirik!”, "Ey xalq düşmənləri, inflyasiyanı necə cilovlamaq olar!” kimi şüarlar səsləndiriblər.
AzVision.az
Teqlər: