Berluskoninin cənazəsi yandırıldı

Berluskoninin cənazəsi yandırıldı
  16 İyun 2023    Oxunub:900
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin cənazəsi yandırılıb. ANSA agentliyinin məlumatına görə, prosedur Piedmont bölgəsində baş tutub.
ANSA-nın məlumatına görə, siyasətçinin külü olan qab, valideynlərinin külü ilə birlikdə Arkordakı şəxsi villanın məqbərəsində saxlanacaq. Məqbərə Berluskoninin istəyi ilə sağlığında tikilib. Valideynlərinin külü Milanın Monumental Qəbiristanlığından ora köçürülüb.

Berluskoni iyunun 12-də Milanın San Raffaele xəstəxanasında vəfat edib. Onun 86 yaşı var idi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Berluskoni  





Xəbər lenti