Ficidə 7,2 bal gücündə zəlzələ olub

   Ficidə 7,2 bal gücündə zəlzələ olub
  15 İyun 2023    Oxunub:1410
Fici adalarının cənubunda 7,2 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Suva şəhərindən 710 kilometr cənub-şərqdə olduğunu açıqlayıb.

İlkin məlumata görə, yerin 160 kilometr dərinliyində baş verən 7,2 bal gücündə zəlzələdə can və mal itkisi olmayıb.

Zəlzələdən sonra “sunami” xəbərdarlığının olmadığı bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti