Ağ Ev: "Münaqişə davam etdikcə Avropa "qışdan qışa" yaşamalı olacaq"

      Ağ Ev:    "Münaqişə davam etdikcə Avropa "qışdan qışa" yaşamalı olacaq"
  15 İyun 2023    Oxunub:1230
Avropa hələ də qışda soyuq havalarda enerji çatışmazlığı riski ilə üz-üzədir
AzVision.az xəbər verir ki, bunu ABŞ prezidentinin enerji və investisiyalar üzrə baş müşaviri Amos Hokşteyn deyib.

Avropa istehlakçıları üçün enerji təhlükəsizliyi risklərini şərh edərkən, o bildirib ki, "soyuq qış olsa, hələ də risk yüksəkdir".

Amos Hokşteynin fikrincə, Ukraynada münaqişə davam etdikcə Avropa “qışdan qışa” yaşamalı olacaq. O, həmçinin əlavə edib ki, istilik mövsümü başlayana qədər Avropanın qaz anbarları 90 faiz dolu olacaq.

Qeyd edək ki, Aİ ölkələri Rusiyadan enerji ehtiyatlarının tədarükünü məhdudlaşdırmaq siyasəti yürüdürlər. Hazırda ABŞ, Qətər və digər ölkələrdən mayeləşdirilmiş təbii qazın idxalına böyük pay qoyulur.

AzVision.az



Teqlər:





Xəbər lenti