Əlcəzair himninə Fransanın müstəmləkəçiliyindən bəhs edən sətirlər əlavə edilib

Əlcəzair himninə Fransanın müstəmləkəçiliyindən bəhs edən sətirlər əlavə edilib
  14 İyun 2023    Oxunub:838
Əlcəzair Prezidenti Abdelmacid Tebbun “Kassaman” kimi tanınan dövlət himninə Fransanın müstəmləkəçi dövlət olduğunu xatırladan sətirlərin geri qaytarılması barədə fərman imzalayıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Maghreb aktu” informasiya portalı məlumat yayıb.

“Kassaman” (mənası “and içirik” deməkdir – red.) ötən əsrin 50-ci illərinin ortalarında yazılıb və ölkə 1962-ci ilin iyulunda Fransadan müstəqillik qazandıqdan sonra Əlcəzair Xalq Demokratik Respublikasının (ƏXDR) himni olub.

Əlcəzairin dövlət himninə aşağıdakı sətirlər qaytarılıb:

“Ey Fransa, boş danışmağın vaxtı bitdi.

Onu kitabı bağlayan kimi bağladıq.

Ey Fransa! Hazır ol, etdiklərinin bədəlini ödəməli olduğun gün gəlib çatdı.

Cavabımız budur, inqilabımız öz hökmünü verəcək.

Çünki biz qərar verdik - Əlcəzair yaşayacaq,

Siz də buna şahid olun!”

Müşahidəçilərin fikrincə, bərpa edilmiş sətirlər 1986-cı ildə ƏXDR-nin keçmiş prezidenti Şadli Bencedidin qərarı ilə himndən çıxarılmışdı. Bunun siyasi səbəblərdən edildiyi güman olunur. O zaman himn beş bənddən dördə salınmışdı.


Teqlər:





Xəbər lenti