Ərdoğan: "Paşinyan maneələri aşaraq dəvətimizi qəbul etdi"

  Ərdoğan:  "Paşinyan maneələri aşaraq dəvətimizi qəbul etdi"
  14 İyun 2023    Oxunub:816
“Bakı ilə irəvan arasında sülh prosesinin irəliləməsi Ermənistanla münasibətlərimizin normallaşması üçün əhəmiyyətli faydalar verəcək".
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikası (ŞKTC) və Azərbaycana səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib

"Bütün əziyyətlərdən sonra bölgədə sülh qapısının açıldığını görürük. Bu fürsəti əldən verməmək üçün bütün aidiyyatı tərəflərdən məsuliyyətlə hərəkət etmələrini gözləyirik”.

Ərdoğan andiçmə mərasiminə Paşinyanın dəvəti qəbul edib gəlməsini mühüm addım adlandırıb: "Paşinyan öz ölkəsində bir çox maneələri, müxalifəti aşaraq dəvətimizi qəbul etdi. Biz yalnız bu mərasimdə baş nazir Paşinyanla üzbəüz görüşə bildik.

Bundan əlavə, Azərbaycanın, o cümlədən Qarabağın ərazi bütövlüyünü tanıya biləcəkləri ilə bağlı son bəyanatı da bu mənada mühüm əhəmiyyət kəsb edirdi. Təbii ki, bunu dərk etmək mühüm inkişafdır. Paşinyan hələlik bu məsələdə geri addım atmayıb".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti