Amerika İranın İraqdakı pullarını azad etdi

   Amerika İranın İraqdakı pullarını azad etdi
  14 İyun 2023    Oxunub:674
Son bir neçə gündə İranın xaricdə dondurulmuş maliyyə vəsaitlərinin bir hissəsinin müəyyən şərtlər daxilində azad buraxılması barədə ABŞ-nin yaydığı məlumatlar barədə xəbərlər vermişdik. Vaşinqton artıq belə bir addım atdığını təsdiqləyib.
AzVision.az ABŞ Dövlət departamentinin sözçüsü Metyu Millerin mətbuat konfransında dediklərinə istinadən xəbər verir ki, İran yalnız humanitar və digər qeyri-sanksiya əməliyyatları üçün İraq hesablarında saxlanılan dondurulmuş 2 milyard 760 milyon dollarlıq aktivlərindən istifadə edə bilər.

“Bunlar bir neçə ildir mövcud olan, Birləşmiş Ştatların qanunlarına uyğun və İraq hökuməti ilə tam koordinasiyalı şəkildə oxşar əməliyyatların ardıcıl qaydada təsdiq etdiyi əvvəlki administrasiyaya qayıdan addımlardır. Bunlar ABŞ-nin uzun müddətdir mövcud olan qanun və praktikasına uyğun gələn humanitar və adi gündəlik əməliyyatlardır. Lakin biz İrana qarşı bağlı bütün sanksiyaların tətbiqini davam etdiririk”, - Miller deyib.

Miller həmçinin, ABŞ-la İran arasında JCPOA (İranın nüvə rpobleminin həlli üzrə 5+1 formatı) və İrandakı amerikalı məhbuslarla bağlı birbaşa və ya dolayı danışıqlara da toxunaraq, yenə də, bununla bağlı məlumatların əksəriyyətinin ya yanlış, ya da aldadıcı olduğunu deyib. O, xüsusən də müvəqqəti nüvə sazişi barədə xəbəri tatamilə yalan məlumat adlandırıb.

Qeyd edək ki, “Reuters” agentliyi iyunun 10-da anonim iraqlı rəsmiyə istinadən İranın İraqdakı dondurulmuş aktivlərinin 2 milyard 760 milyon dollarının sərbəst buraxılmasına icazənin İraq Xarici İşlər nazirinin öz amerikalı həmkarı ilə görüşü zamanı verildiyi barədə məlumat yaymışdı.
AzVision.az



Teqlər: ABŞ   İran  





Xəbər lenti