XİN başçıları müavinlərinin görüş tarixi açıqlandı

    XİN başçıları müavinlərinin görüş tarixi açıqlandı
  14 İyun 2023    Oxunub:801
Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinlərinin görüşü iyunun 21-də Astanada keçiriləcək.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

"Rusiyanın böyük nümayəndə heyəti Astanaya yollanır. İyunun 21-də Rusiya, İran, Türkiyə və Suriya xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş olacaq".

Mayın 10-da Moskvada Suriyanın sülh nizamlanmasına dair xarici işlər nazirləri səviyyəsində dördtərəfli görüş keçirilib.

Ankara ilə Dəməşq arasında münasibətlər 2011-ci ildə Suriya Ərəb Respublikasında münaqişə başlayandan sonra kəskinləşib. Eyni zamanda Türkiyəyə suriyalı qaçqın dalğası oldu və iki ölkə arasında diplomatik əlaqələr kəsildi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: XİN   Astana  





Xəbər lenti