ABŞ səfirliyi Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi

 ABŞ səfirliyi Ermənistandakı vətəndaşlarına  xəbərdarlıq etdi
  14 İyun 2023    Oxunub:1594
ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarına çağırış edib. Səfirliyin yaydığı məlumatda Ermənistanda yay turizm mövsümünün başlanılması xatırladılır. Bu səbəbdən də ABŞ-ın İrəvandakı səfirliyi vətəndaşlara xatırladır ki, "Ermənistan və Azərbaycan arasında davam edən münaqişə səbəbindən diplomatik missiyanın əməkdaşlarına və onların ailə üzvlərinə hər hansı bir turizm səfərini qadağan edir".
Səfirlik qara siyahıya düşən konkret bölgələrin siyahısını da yayıb.

Bunlar Tavuş mərzi, H37 şossesi boyunca Varağavandan şərqə olan istiqamət, Tavuş rayonunda Navurun şərqi - H36 şossesi boyunca olan ərazilər, Vardenisin şərqində Geqarkunik mərzidir. Bundan başqa, Ararat rayonunun Yerasx kəndindən keçidə icazə verilsə də, burada dayanmaq məsləhət görülmür. Siyahıda digər bölgələrin də adı qeyd edilib. Bundan başqa ümumilikdə Sünikə və Azərbaycanın Qarabağ bölgəsinə (Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilər-red.) səfərlər də qadağandır.

"ABŞ vətəndaşları Ermənistan və Azərbaycan sərhədləri yaxınlığında ehtiyatlı olmağa çağırır və onlar Qarabağa və təmas xəttinə yaxın ərazilərə səfərlərdən çəkinməlidirlər. ABŞ hökuməti Qarabağa giriş məhdudlaşdırıldığı üçün bu bölgədə və onun ətrafında olan ABŞ vətəndaşlarına təcili xidmət göstərə bilmir”, - məlumatda bildirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Ermənistan   Səfirlik  





Xəbər lenti