Tanınmış aktyoru maşın vurdu

   Tanınmış aktyoru maşın vurdu
  13 İyun 2023    Oxunub:1940
Aktyor Trit Uilyams 71 yaşında motosiklet qəzasında vəfat edib. Bu barədə “People” məlumat yayıb.
Aktyorun agenti Barri Makferson bildirib ki, hadisə baş verəndə Trit motosiklet sürürmüş. Bu zaman qarşıdan gələn maşın onu vurub. Müstəntiqlər hesab edir ki, avtomobilin sürücüsü dönərkən motosikleti görməyib. Uilyams yaralanıb və onu Nyu Yorkdakı xəstəxanaya çatdırmaq üçün vertolyot çağırılıb. Lakin aldığı xəsarətlər nəticəsində aktyor dünyasını dəyişib.

Uilyams “Marafon adamı”, “1941”, "Bir dəfə Amrikada", “Yenidən başla”, “Bir zamanlar Veqasda” və s. filmlərdə rol alıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Aktyor  





Xəbər lenti