"Heydər Əliyev Putinə dedi ki, bu qızı gələn dəfə tanımayacaqsan"

   "Heydər Əliyev Putinə dedi ki, bu qızı gələn dəfə tanımayacaqsan"
  10 May 2023    Oxunub:2478
Xalq artisti Aygün Kazımova Ulu Öndər Heydər Əliyevlə bağlı xatirəsini bölüşüb.
Axşam.az xəbər verir ki, "Səhər mərkəzi" verilişində qonaq olan müğənni Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı yaşanan hadisəni danışıb:

"İlk dəfə Vladimir Putin Azərbaycana gələndə mədəniyyətimizin gözləri orada idi. Mən də balaca qız kimi çıxış edirdim. O zaman mədəniyyət nazirimiz Polad Bülbüloğlu idi. Mənimki də yaddaqalan çıxışlardan biri oldu. İki mahnı oxudum: Azərbaycan və rus dilində. Gözləyirdim ki, nə zaman görüş sırası mənə çatacaq. Yaxınlaşdılar, Ulu Öndər Putinə dedi ki, onu görürsən? Cavab verdi ki, hə, çıxışı yaxşı idi. Heydər Əliyev dedi, gələn dəfə onu tanımayacaqsan. Putin ciddi fikrə getdi ki, agentdir? Adını, soyadını da dəyişəcək? Ulu Öndər məni işarə edib dedi:"iş orasıdır ki, hər dəfə səhnəyə çıxanda onu tanımıram".

Hər zaman ilk səhnəyə çıxanda hamımızın fikri, çıxışın bəyənilməsi, Heydər Əliyevin reaksiyası idi. Çıxırdıq səhnəyə, çalışırdım ilk onun baxışına baxım ki, tanıdı? Görürdüm tanıdı, baxışı dəyişdi. Konsert eləcə başlayırdı".

AzVision.az


Teqlər:





Xəbər lenti